Menu

Məhkəmə Trampın sərəncamını yoxlayacaq

06.12.2025, 08:10
Məhkəmə Trampın sərəncamını yoxlayacaq

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamının qanuniliyinə baxacaq.

"Report"un ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə məhkəmənin bəyanatında deyilir.

Buradan belə nəticə çıxır ki, məhkəmə Trampın sərəncamın konstitusiyaya uyğunluğunu yoxlamaq tələbini qəbul edib. Bu iş üzrə məhkəmənin vaxtı hələ təyin edilməyib.

"Politico"nun xəbərinə görə, məhkəmə çox güman ki, 2026-cı ilin aprelində başlayacaq. İyunun sonuna kimi hökm çıxarılacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol