Menu

Avtomobil 57 yaşlı qadını vuraraq öldürüb

06.12.2025, 10:58
Avtomobil 57 yaşlı qadını vuraraq öldürüb

Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində baş verib. Rayonun Aşağı Tala kənd sakini 1968-ci il təvəllüdlü Dilbər Osmanova minik avtomobili tərəfindən vurulub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol