Menu

ABŞ Rusiya sahillərinə nüvə təyyarəsi göndərib - Təyyarənin missiyası haqqında nə məlumdur?

06.12.2025, 13:10
ABŞ Rusiya sahillərinə nüvə təyyarəsi göndərib -  Təyyarənin missiyası haqqında nə məlumdur?

ABŞ Yaponiyaya ixtisaslaşmış "WC-135R Constant Phoenix" təyyarəsi göndərib. 

Qeyd edək ki, sözügedən təyyarə radioaktiv hissəcikləri aşkar etmək və nüvə fəaliyyətini izləmək üçün nəzərdə tutulub. Təyyarə ötən gün Rusiyanın Sakit okean sahillərində potensial nüvə sınaqlarının müntəzəm olaraq izlənildiyi bir istiqamətdə uçarkən müşahidə edilib.

Maraqlıdır ki, bu, Vladimir Putinin Rusiyanın mümkün tammiqyaslı nüvə sınaqlarına hazırlığını qiymətləndirmək əmrindən sonra baş verib.

"Flightradar24"-ə görə, 64-14829  nömrəli təyyarə Okinavadakı Kadena Hava Bazasından havaya qalxıb və Yaponiya üzərindən Rusiyaya doğru yola düşüb.  Hokkaydo üzərindən səkkiz saat sonra Oxot dənizi üzərində yenidən peyda olub və Yaponiyaya doğru yola düşəndən sonra izlənilməz olub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol