Menu

Rusiya ABŞ-nin Ukrayna ilə sülh planının müzakirəsinin nəticələrini gözləyir - Dmitri Peskov

09.12.2025, 15:07
Rusiya ABŞ-nin Ukrayna ilə sülh planının müzakirəsinin nəticələrini gözləyir - Dmitri Peskov

Rusiya ABŞ-nin Kiyevlə sülh planı ilə bağlı müzakirələrin nəticələrini gözləyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva Vaşinqtonla müntəzəm əlaqə saxlayır.

Peskov Tramp administrasiyası ilə əlaqələrin davam edəcəyini, lakin müzakirələrin xarakterinin dəyişdiyini bildirib: “Amerikalılarla əlaqələr davam edir. Lakin bu artıq müzakirə mövzusu deyil. Hazırda amerikalılar Kiyevlə müzakirələr aparır. Bu müzakirələrin nəticələrini gözləyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol