Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.
"AzPolitika" "Unikal"a istinadla xəbər verir ki, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.
Onun şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.
Qeyd edək ki, bir neçə gün əvvəl onun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da işdən çıxarılıb.
***
Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
43 yaşlı E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı idi.
Xatırladaq ki, E.İbrahimov 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar “Holiday Inn Baku Airport ” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.
2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu gün həmin vəzifədən də azad edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir.
Evlidir, 3 övladı var.
"AzPolitika.info"

Şərhlər
Qazaxın icra başçısı da rüşvətxorun biridir
Ola bilməz ,şər atırsız ,bu adam iki - üç dil bilir ,xaricdə də birinci sinifə gedib .Xahiş edirəm belə şər -böhtan xəbərlər yazmayın .Onu başqa yüksək vəzifəyə hazırlayırlar ,buralarda elə belə təcrübə toplayırdı
Babası Xəlfə İbrahimov deyilənlərə görə çox sanballı adam olub.Bu kimə çəkib görəsən.
Bu məmurların hamısını sifətindən............. yağır
Ordakı qoca qurdlar belə cavan insanı işləməyə qoymazdılar və qoymadılarda. Haqqına desək bu yoldaş iş görməyə çalışan insan idi.
Şəkidə illərlə korupsia edən oliqarx başçı usubov hələdə kreslosunda firlanirsa isden cixrilan bascilari Sekiye staja gondermek lazimdir. Nece defe Bakiya cenap Prizdente miraciet etmisik ama sesimiz catmir Bakidaki mehdiyevciler Seki bascisin qoruyur. Cunki helede ciblerine yarayir. kimse yoxlamir vecine deyil. Ehali inamini hergun itirir.
Hansı icra başçısı eyni əməlləri etmir? Beləsi varmı?Nağdəliyev bu suala cavab versə yaxşı olar.Axı o ideoloqdur.Tapşırıq oradan verilir.
Bəs Kürdəmirdən yığdıqları necə olsun? Onu nuşcanlıqla yesin də hə? O kovdan deyil?
Çox təəccüb doğurur, nə üçün Şəkinin İcra başçısı, pensiyaçı elxan Usubov işdən azad olunmur ? Şəki İcra Hakimiyyəti "Qocalar Evi"ni xatırladır !
mediada yazıldı ki özəl firmalardan Nəsimi rayonunda pul yığıb. demək buna pul yığmaq yolunu xaricdə oxuyan zaman öyrədiblər. görəsən bundan əvvəl işlədiyi rayonda nə qədər pul yığıbmış . Bakıdan uzaqda olduğu üçün səsi gəlib çatmayıb mərkəzə
Bu nə feməkdir
Bunların hamısı eynidir.Fərqləndirmək günah olar.icra hakimiyyəti qurumu-rüşvət.oğurlama.mənimsəmə deməkdir.Bu adda qurumlar ləğv edilməli və başçılar sorguya cəlb olunmalıdır.bunu yeni rayona təyinat alan başçıların özlərinəmüavin daşımalarısübut edir.,n ağrılısı odur ki.bu qurumların faliyyətini dürüst yoxlatyan tapılmır.