Menu

AZƏRBAYCANA 8 MİN TABUT GƏTİRİLİB? - Gömrük Komitəsindən açıqlama

07.01.2026, 18:01
AZƏRBAYCANA 8 MİN TABUT GƏTİRİLİB? - Gömrük Komitəsindən açıqlama

"AzPolitika" xəbər verir ki,  Azərbaycana Çindən 8 min ədəd tabutun gətirilməsi barədə sosial şəbəkələrdə yayılmış xəbərə aydınlıq gətirilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ölkəyə 8 min ədəd taxta paltar sancağı gətirilib. Sadəcə, gömrük bəyannaməsində malın təsviri və 2 kodunda yol verilən texniki xəta səbəbindən paltar sancağı kimi yox, tabut kimi qeydə alınma olub.

"Çin Xalq Respublikasından idxal edilən “taxta paltar sancaqları” malı rəsmiləşdirilən zaman gömrük bəyannaməsində malın təsviri və XİF MN kodunun ilk 4 rəqəmi düzgün qeyd olunub, növbəti 5-ci və 6-cı rəqəm səviyyəsində isə texniki xətaya yol verilib".

Bildirilib ki, gömrük bəyannaməsində müvafiq düzəliş edilməklə texniki xəta aradan qaldırılıb.

Xatırladaq ki, Azərbaycana Çindən 8 min tabutun gətirilməsi ictimaiyyət arasında suallar doğurub və geniş müzakirələrə səbəb olub.

Şərhlər

Ayaz 2026-01-09 22:04:30

Milli meclisde yuxarda oturan zalimlere qismet olsun Amin

Aydan 2026-01-09 14:13:18

Elə tabut gətirilib prosta paltar sancaqı kimi qeydə alınıb görək də başımıza daha nələr gələcək

Baxa 2026-01-09 00:50:11

Qorxun ki israil iran müharibəsinə görə gətiriblər Allah İsrailə və yəhudilərə lə'nət eləsin amin

Aybəniz Məmmədova 2026-01-08 11:26:54

Birini mənə göndərin. Tabutda dəfn olunmaq istəyirəm. Burda böyüdüləcək nə var ki?

Rəhman 2026-01-08 09:17:12

Dedim yəqin, Çin virusu buraxmamış tabutları göndərir ki, alın, özüdə ə ucuz 1 dollara

Nazim 2026-01-08 07:15:20

Yəqin tabutun " rastamojkası " pulsuzdu)))

Rr 2026-01-08 06:24:50

Bəs səhv olanda bilinməyibki kod nəyin kodudu. Mallara baxan olmayıb. Bişmiş toyuğun gülməyi gəlir. Sözə baxe taxta paltar sancagi

Behruz 2026-01-08 05:56:07

MŰTLEQ 1 BAMBILI HEREKET ETMELİSİZ YOXSA ŰREYİNİZ PATLAYAR

ƏNHU 2026-01-08 01:24:35

Kimlər nə məqsədlə gətizdiribsə özlərnə v sevdiklərinə qismət olsun

XAVƏR 2026-01-08 01:03:48

TAXTA SANCAQ HARA, TABUT HARA?

Alime 2026-01-07 23:57:29

Tabut göndərəndə nolur ki.Bizə tabut lazım deyil? Hindistan deyil ki,nəşimizi yandıralar.Hec olmasa o dünyaya qəşəng,təzə tabutda gedək.Nəyi pisdir?Sınıq,salxaq köhnə tabutda getmək istəmirəm mən.Vəsiyyət edəcəm məni Çindən gələn tabutda aparsınlar.

Xaqani 2026-01-07 23:49:15

Məsələ burdadı ki, taxtda sancaqla tabutun kütləsi eyni deyil. Burda gömrük cibə nəsə ötürüb. Pul gözlərini necə tutbsa günəşi ... oxuyurlar.

Rus 2026-01-07 23:19:46

Texniki xeta yalsa texniki xeta hemişe düz çixir nedese çinlier bizden 5 il qabağdadi sef bizde olar ki yalan dsnişiriğ

NN 2026-01-07 20:52:20

Texniki xətaya yol verən şəxsin vəzifəsi böyüdülübmü?

Rr 2026-01-07 19:39:03

Texniki xeta???

Rəfail 2026-01-07 18:17:58

Maşallah belə gömrüyə! Məgər gömrük orqanı ölkəyə gəturulən mallara baxış keçirmir?Bəs necə sənədləşdirilir? Yoxsa burada Nehrəm tenologiyası tətbiq olunur? Bəs tabut rəsmi haradan çıxıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol