Menu

““SPACE TV”-nin YAYIMI 3 SAATLIQ YOX, 30 SAATLIQ DAYANDIRILMALI IDI...” – Sabiq DEPUTAT

11.01.2026, 22:47
““SPACE TV”-nin YAYIMI 3 SAATLIQ YOX, 30 SAATLIQ DAYANDIRILMALI IDI...”  – Sabiq DEPUTAT

Sabiq deputat Etibar Əliyev teleaparıcı Amil Xəlilin qalmaqal yaradan açıqlamasına çox sərt reaksiya verib.

E.Əliyev bununla bağlı sosial şəbəkədə yazıb:

“Amil Xəlil: “Bu yaxınlarda şəhərdə idim, elə biabırçılıqlar, elə oyunlar görürəm ki... Valideynlər mal-qara saxlayıb, zülm çəkirlər. Bunu edənlərin 99 faizi tələbələrdir. Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdansansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdansansa qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızını nəyə Bakıya göndərirsiz?!”

Amil Xəlilin bu sözlərinə görə “Space TV”-nin yayımı 3 saatlıq yox, 30 saatlıq dayandırılmalı idi. Bu kəmsavad "jurnalist"in danışıqları arada qarşıma çıxır. Psixi durumunda problem var. “Qızını filan universitetə qoy” - bu nə deməkdir. Bu əməlli-başlı təhdiddir. Son dövrlərin müşahidələrinə görə yerli Fənn və Beynəlxalq Fənn olimpiadalarında, DİM-in keçirdiyi buraxılış və qəbul imtahanlarında qızlar oğlanlardan heç də geridə qalmırlar. 2024/2025 tədris ilində 102 Prezident təqaüdçüsündən 48-i qızlardır. Məsələn, Bakı Dövlət Universitetinin keçən ilki Prezident təqaüdçülərinin (16 nəfər)11-i qızlardır. Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçülərinin sırasında qızlar 11 nəfərdir. Tibb Universitetində də analoji vəziyyətdir.

Qızların elmdə və təhsildə rolunun artmasının qarşısını almaq mümkün deyil və bu amil ölkə üçün əhəmiyyətlidir. Televiziyalarda səfeh, ictimai rəyi çaşdıran verilişlərə yol verilməməlidir. Hər bir televiziyanın səviyyəsi ona rəhbərlik edən şəxsin səviyyəsindədir...

Murad Dadaşov üçün "Komedixana" verilişi elmi-populyar verilişlərdən üstündür. Vadonun da yəqin ki, ən yaxşı jurnalisti Amildir…”

“AzPolitika”

Şərhlər

Mehman 2026-01-13 23:43:14

.Bütün Məktəblərin xüsusi yataqxanaları olsa, şərayiti təmin edilsə,kitabxanası , mühafizəsi...Tələbələr harda gəldi qalmaz,,.Heç bir narahat hal baş verməz..Devlət özz vətəndaşına sahib çıxmasa,,hələ çox işlər baş verə bilər..İnsanı heç bir yaşında özz başına buraxmaq olmaz

Cəlal 2026-01-13 22:46:41

Amil bəy kimi düzünü deməyənləri də boğun. Hamını demir ki. Soğanyeyənlər bir imkan versin adamı başa düşək.

Səbinə 2026-01-13 10:38:07

Amil Xəlil tam haqlıdır. Onun danışıqına gedin diqqətlə qulaq asın. Hətda başa düşmək üçün bir neçə dəfə qulaq asın. Məsələni başqa səmtə çəkməyin. Hərə aqlına gələn raksiyanı verir. Səhf demirki. Bizdə şahidi olmuşuq dəfələrlə tələbə qızların hoqqalarının. Elə bizim binada kirayədə qalanlarda olub. Biyabırçılıqdı.

Kərbəlayi Fədai 2026-01-13 08:33:42

Düz deyir Amil pozğunluq baş alıb gedir

Nizami 2026-01-13 02:17:06

Bogə ali məktəblərində təhsil zəifdir,bu acı faktdır.Amil bölgədən gələn qızların 99 faizini pozğun adlandırdı.Bu isə cinayətdi,kimsə rəsman şikayət etsə cinayət işi açıla bilər.

Sofiya 2026-01-13 01:34:57

Amil bey duz deyir men onun fikirimle raziyam Halal olsun

Melahet 2026-01-13 00:50:41

Amil bey cox dogru soyleyib. Hec kimi de tehqir etmeyib. Duz soz serf etmir.

İda 2026-01-12 21:55:45

Amil bəy cox duz deyir.Deputati mən anlamadim.70-80illərdə rayon oglanlari bakidan giz sevəndə,ailə onunla mubarizə edirdiki,o gizi almasinlar İndi hami olub bakili.Ay bala gurtardin ali nəktəbi,get ata ananin yanina .Nə gəzirsən bu şəhərdə.

Efendi 2026-01-12 20:35:15

Duz deyir jurnalist gece kulublarindaki pozgunlarin coxu rayonan gelen telebe ''qizlardi'' Olkede pozgunluq bas alib gedir valideyin nezaretsizliyi baslarin uste duran olmamazliginan istifade eden gece kulub boynu yogunlari qizlari yoldan cixarirlar Gece kulublari faysexanalar olke ehalisinen coxdu

Tofiq Həsənov 2026-01-12 20:32:17

Amil xalqı kəndçi və şəhərliyə bölüb. Amma demir ki şəhərli xalaşkalar öz dal və qabaqlarını televiziyada nümayiş etdirməklə kənd qızlarını belə olmağa sövq edirlər. Kanal rəhbərləri də öz mənfəətləri xatirinə belə verlişləri efirdə yayırlar.

Oktay 2026-01-12 20:23:55

Bu deyəsən "Tumbuşkanı" "Hindukşa" başa düşüb...((

Shah 2026-01-12 20:22:19

Men iki ogul anasiyam, amma mende isteyirem rayonlarda universitet olsun. Oglan olsada gozumun qabaginda olsun. Birde Amil bey her kese shamil etmedi.

El qızı 2026-01-12 19:34:09

Amil düz deyir onu pis başa düşənlər dönüb bir ətraflarına baxsınlar,kimin yanlış kimin doğru olduğunu onda görərlər.Amil kimi deputatlardan əhalini fikirləşsələr yaxşı olar

Şamil 2026-01-12 18:34:09

Azpolitika! Bu sabiq deputat deyil hal hazırda da deputatdır!

Nuray 2026-01-12 18:16:40

Amil bəyin savadına şüpə etmirəm ama artıq bunu danışanın savadına şüpə etdim. Efirlərdə o qədər lazımsız "mətbəx" mövzuları gedir niyə onda efirleri dayandirmirlar, ama biridə çıxıb nəyisə dilə gətirəndə müdaxilə edilir? Şəhər zatən yüklənib, gəncləri öz yaşadıqları rayonlarına həm i təhsil hemde iş baxımından sevdirsek yaxşı olardı

ELSAHIB 2026-01-12 18:14:03

Amil Xelil čoox, savadli,xalqin prablemlerini išiqlandiran bir jurnalistdir

Ramil 2026-01-12 17:35:17

Niyə Bakı sizin dədənizin şəhəridir ?

AMİL BƏY ÇOX DÜRÜST İNSANDIR . 2026-01-12 17:28:37

DEDİYİ FİKİR DƏ ÇOX DÜZGÜNDÜR

Validə 2026-01-12 17:20:44

Amil çox qeyrətli oğuldur, qızlarımızı təhqir etməyib, düzgün danışıb, çox sağolsun . Halal olsun.

Ulu ana 2026-01-12 16:59:08

Amilə toxunmayın, sabiq deputat. O xalqın dilində danışır..

Xanim 2026-01-12 16:37:23

Amil duz deyir.Niye Amilin dediyini həzm edə bilmirsiz?

Dilşad Əlizadə 2026-01-12 15:54:33

Əgər seçdiyi ixtisas həmin rayonun yaxınlıgındadırsa,qoy evinə yaxınlarda oxusun.Çox vacibdir Bakıda oxumağı.?Həqiqətən nəzarətsiz qalan uşaqlar ilk illər birdən birə sərbəstlik əldə edəndə bəzi fəsadlar törədir.Axı onlar hələ çox gəncdirlər.

Veteran Cəfərov Lənkəran 2026-01-12 13:41:11

Amin müəllim haqlıdır, düzgün deyir.

Huseyn 2026-01-12 11:05:58

Əla

Məmməd 2026-01-12 10:05:13

Amil düz deyib,regionların inkisafınin birnövü də budurHamı yığılsin Bakıya Bakı aşıb-daşır,bəsdir

Elnurə 2026-01-12 08:51:56

Amil menim en sevdiyim aparıcıdır . Mən tələ ekrana ancaq Amil Xəlilin apardığı verilişlərə görə baxıram . Çoxda savadlı ali cənab yerini bilən oğuldu apracidi . Əziyyətlə bu yerə gəlib çatıb . Kimisə aşağı çəkmək lazım deyil , ordada heç bir səhv söz deyilməyib . Şəxsən fikri mənim çox xoşuma gəldi ,hetda evimde qızıma və oğluma dedim.

Veteran Cəfərov Lənkəran 2026-01-12 08:01:36

Amil müəllim düz deyir.Onun dediyini başqa yerə yozmayın.Boşalmış kəndlərimizə bağlı hazırladığı veriliş yüksək səviyyədə olub və təqdirə layiqdir. Başqa verlişlərdən Zaurların Toiliklərin verlişinə baxın görün nə biyabırçılıqdır.Dusmusuz Amilin üstünə.Amil müəllim yüksək intellektə malik olan insandır.

Üzeyir 2026-01-12 07:47:53

Bəs xalqın problemlərini kim deməlidir, özləri deputat olduqları zaman hər şeyi gizlədərək ört-basdır ediblər indi Amil Xəlilin sözü bunlara ağır gəlir?!!! Amil Xəlil lap doğru deyir, cəmiyyət günü gündən əxlaqsızlaşır, boşanmalar günü gündən çoxalır, problemlərin qarşısını ala bilmirlər, xalqa yaxın biri çıxandada ona mane olurlar. Bu problemləri əslində deputatlar müzakirə etməlidir, bir neçə qanun tətbiq etməlidirlər ki ailələr dağılmasın, qızlar pozulmasın, deputatların işinə nəzarət olunmalıdır, bunlar xalqın xeyrinə nəsə danışırlar görəsən?

Şah Səfəvi 2026-01-12 07:43:37

Ay etibar Amil Xəlil məgər ,,qızları niyə oxuyursuz" deyə bir çağırış edibmi? Adam deyirki,qızını döyməyə dizini döyər" misalı yəniii,Bakıya niyə göndərirsən,regional şəhərlər var hər bir ətalətimizdə həm yaxın həm xərci az,ən vacibi də nəzarətində olacaq adam bunu deyib burda pis nə var? Göbəyi,d.... açıg ,,xalaşqalar" televiziyaları işgal edib niyə belə reaksiya vermirsən,niyə demirsən TV lər yayım qadağası olunmalıdı,niyə səsin çıxmır? Çünki buna cürəti çatmır,amma,Amil Xəlil kimdi ki sıradan bir jurnalist onun haqqında nə istəsən danışmaq olar. Murad Dadaşovun rəhbərliyini tərifləyir sən baxaq görək Muradın dini,tədrisi və tərbiyəvi proqramları çoxdu yoxsa Vado Katibinin? Amildən qorxmursan da,Allahdan qorx !

Sənan 2026-01-12 07:28:26

71 yaşım var.jurnalist Amili dediyi sözlərə görə dəstəkləyirəm.dediyi həqiətdir.

Mən 2026-01-12 02:20:19

Amil doğru danışıb.Əxlaq əldən gedir.!

Hərbiçi 2026-01-12 02:16:51

Amil tamanilə doğru danışıb.Kimlərısə pis təsir edibsə,deməli onlar tələbələrin marağındadır!Peşindədir!

Aysen 2026-01-12 01:31:31

Ağzınin ustunden vurulasi cox adamlar var. Amil bey burda pis menada heç nə demeyib

Roma 2026-01-11 20:03:26

El məsəlində deyilir: "Axsağ atın kor da nalbəndi olar"...Vado kimisinin, Murad və Amil kimi aparıcıları olar da...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol