Məmləkətimizdə son bir neçə günün xəbərlərinə baxın: Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən məşhur hakimi Azad Məcidov Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
Daha əvvəl 30 ilə yaxın müddətdə Daxili İşlər Nazirliyinin istintaq orqanlarında və Eldar Mahmudovun MTN-ində polkovnik rütbəsində çalışan, 2011–2025-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən bu şəxs ona təyin olunan aylıq 4 881 manat pensiyadan narazıdır və polkovnik yox, hakim pensiyası tələb edir(Görünür, hakim pensiyası bundan da 2-3 dəfə çoxdur). Təbii ki, hakim həmkarları da onun xeyrinə qərar çıxarıblar.
Yəni, adam 5000 manat pensiyanı bəyənmir!

Ölkəmizdə isə pensiya yaşında olan, Səlim Müslümov və ondan sonrakıların yaratdıqları və icra etdikləri “vicdanlı” pensiya sistemi sayəsində 220(!) manat yaşa görə müavinət alan, bu pulun ümidinə qalan saysız-hesabsız ahıllarımız, ağsaqqallarımız var…
Daha bir xəbər: “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi 3 ədəd “BMW 520i” markalı xidməti nəqliyyat vasitəsi, yəni, müdirlər üçün lyuks maşınlar alıb. Avtomobillərin alınmasına 364 140(!) AZN, yəni, az qala yarım milyon xərclənib.
Hansı ki, bu ölkədə məsələn, qəpik-quruşa möhtac olan əlillər nəinki ucuz maşınlarla, heç olmasa düz-əməlli əlil arabaları ilə, yaxud keyfiyyətli protezlərlə vaxtında, lazımınca təmin olunmurlar…

Növbəti xəbər: Azərbaycandakı ən yararsız və yaramaz idarəçiliyilə seçilən AYNA-da rəhbər vəzifəni tutan şəxs 20 min, onun müavinləri isə 15 min manat maaş alırmış. Həmin qurumun küçədə, şaxtada, küləkdə, yaxud qızmar istidə “stoyanşiklik” edən sıravi işçisilərininsə maaşı 500-600 manatdır.(Qurumun rəhbərliyi kimi özündən razı, yekəxana mətbuat xidməti bu “ədalətli bölgüyə” münasibət bildirməyib).

Bu arada da Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri bəyan edib ki, Azərbaycanda 60 min(!) boş iş yeri var!
Görün, nə qədər qarmaqarışq, ziddiyyətli, təzadlı və ən əsası, nə “ədalətli” bir cəmiyyətdə, ölkədə yaşayırıqmış! Azərbaycan kimi kiçik bir ölkəyə bu qədər təbəqləşməni, bu boyda ayrıseçkiliyi necə sığışdırblar görəsən?...
Bir yanda bütün həyatını şagird, tələbə qarşısında keçirən, gözünün nurunu və əsəblərini xərcləyən müəllim, alim 400-500 manat pensiyaya göz dikərkən, digər yanda bütün həyatı “yağlı vəzifələrdə” keçən və böyük ehtimalla bu həyatda yumşaq desək, heç bir maddi sıxıntısı olmayan hakim, prokuror, rəis və s. aylıq 5000 manat pensiyaya “ağız əyir”. Bir növ demək istəyir ki, ADAM 5000 manat pensiyaya yaşaya bilməz! O zaman həmin bu “ədalət keşikçisi” 220 manata yaşayanları kim, nə hesab etdiyini də açıqlasaydı, pis olmazdı…
Bir yanda AYNA-nın “kəndxudası” özünə 20 min maaş yazdırırkən, yaxud hansısa idarənin müdirlərinin komfortu üçün yarım milyonluq maşınlar alınırkən, digər yanda bu ölkənin gəncləri (aralarında universitet diploma olanlar da olmamış deyil) “stoyanşik vəzifəsində” soyuqda, istidə sağlamlıqlarını aylıq 500 manata satırlar. Hələ nə qədər gənc də hətta buna bənzər iş yerləri belə tapa bilmir. Amma məşğulluq idarəsinin “kəndxudası” elan edir ki, sən demə, guya ölkədə 60 min boş iş yeri varmış! Yaxşı, “bu, ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı?”

Azərbaycanın neft hasilatı və neft gəlirləri durmadan azalır. Əvəzində xüsusilə də hökumətin iqtisadi blokunun “çevikliyi və kreativliyi” sayəsində vergilər, cərimələr, qadağalar, ən əsası isə buna paralel olaraq maddi baxımdan təbəqələşmə də artır. Təbəqələşmə ədalətsizliyin ən açıq, ən bariz göstəricisidir. Həkimin hakimdən, müəllimin məmurdan, alimin cahildən qat-qat pis yaşadığı bir məmləkətin isə bu gedişlə gələcəyini təsəvvür etmək elə də çətin deyil…
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Əvvəla ölkədə maaşlar doğru və əsasıə təyin edilməyib..Necə olur ki ,təyin edildiyi vəzifənin rüşvət alma imkanları bilərək 5-6 min manat maaaş verilir.Mİll Məclusd yatam deputatlata 6-10minmaa.verilir? Necə olur kı,eyni iş stajına malik bir vətəndaşa 320 -450 manat pensiya digərinə 5 -10 min manat hesablanır.Bi ayrseçkilik hansı ağılın məhsuludur ???
Dünyada Azərbaycan kimi xalqından ayrı düşmüş hakimiyyəti olan ölkə varmı?
Pensiya sistemində ciddi islahatlar getməlidir.
1 manat rusvet gotursem Deyen memur 15000 pensiya alır,Professor,muellim heyatini hekimliye serf etmiş adam amma alır 350-450 manat.Dovletden ogurladiglari pullar hesabina jef edirler ustegel dovlet hele onlara pensiya verir.Indi kim pensiyaya çıxa bilirse.Qurban kesir .Sinif yoldashimin atasi rehmete getdi 17000 pensiya kapitali var idi dediler Size verebilmerik.Tebii ki vere bilmezler Siz ne dashirsiz bes yeni lyuks avtomobili kim alsin.ƏƏSMN də sonra deyirler pensiya ortalama AR-sı üzrə 5000 manatdır 15000+500/2 nefer alan beraberdir 7750 buda bunların iqtisadiyyatdan bilikleri aferim.Nobel mukafatçilari
tədbir görə bilən adamlar özləri də bir gün pensiyaya çıxacaqlar
DŎVLETLE. XALQ ARASINDA 350 MANATLA 5500 MANAT QEDER UÇURUM VAR.......VE GETDIKCE ARTIR.....
Sadəcə bu cəmiyyət Leninin əsərlərini yenidən oxumalı olacaq. Məsələn bu fikri: Aşağılar köhnə qaydalar ilə yaşamaq istəmir, yuxarılar isə yeni qaydalarla idarə edə bilmirlər.
Çox gözəl, əhəmiyyətli bir məsələyə toxunmusuz, pensiya məsələsi, "gözəl iqtisadçı", əslində isə fırıldaqçı Səlim Müslümovun sayəsində belə bir acınacaqlı vəziyyətə düşmüşdür. Bəziləri 2-3-5 min və hətda daha çox, digərləri 3-4 yüz manat pensiya alırlar ki, bu da əsil sosial ədalətsizlikdir. Pensiyaların aşağı həddi olduğu kimi, yuxarı həddi də olmalıdır. Sovet dönəmində minimum əmək haqqı 70 rubl idi və aşağı pensiya həddi də 70 rubl idi, yuxarı hədd isə 120 rubl idi ki, bu da heç 2:1 nisbəti deyildi, yəni yuxarı məbləğ pensiya alan, aşağı məbləğ pensiya alandan 2 dəfədən artıq deyildi. Səlimin pensiya islahatı, pensiya bazasına yığılan məbləğ əsasında formalaşır ki, bu da kökündən yanlış hesablamadır. Belə ki, insan yaşlanıb, son illərini yaşayır, aşağı məbləğ alan birisi kommunal xərclər, dava-dərman, qidalanmaya pul çatdıra bilmir, yuxarı məbləğ pensiya alan digəri isə "xan kefində" yaşayır. Bu da Cəmiyyətdə çox böyük sosial ədalətsizlik yaradır və nəticə etibarı ilə Dövlətə qarşı kasıb təbəqənin inamı sarsılmış olur. Bu günkü günün reallığını nəzərə alaraq, aşağı pensiya məbləği 500-750 manat, yuxarı məbləğ isə 1000-1500 manatı aşmamalıdır...
Axı bu yazılanlardan dövletin müvafiq qurumları onların rehberleri çox gözel bilir ve hökumeti mütemadi melumatlsndırırlar ....Onda sual olunur : niyə tedbir görülmür ve kim cavab vermelidur?!