Xəbər verdiyimiz kimi Azərbaycandan olan biznesmen Umid Abuzərlii Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb. Bu barədə məlumatı sosial şəbəkədə Əməkdar jurnalist Elçin Alıoğlu paylaşıb.
O bildirib ki, Rumıniyanın "Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib.
"AzPolitoka" xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az azərbaycanlı biznesmen Umid Abuzərli ilə əlaqə saxlayıb.
Biznesmen saytıa açıqlamasında bildirib ki, iddialar əsassızdır: “Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”.
***
Azərbaycan mənşəli biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.
"AzPolitoka" xəbər verir ki, bu barədə Əməkdar jurnalist Elçin Alıoğlu öz "facebook" səhifəsində məlumat verib.
Məlumatda daha sonra bildirilir ki, 29 yanvarda Rumıniyanın “Profit.ro” portalının məlumatına görə, layihə Salyan İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, Tahir Kərimov 2016-cı ildə vəzifəsindən azad edilib
Onun oğlu U.Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.
Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.

Onun oğlu Umid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Xəmsə Kərimov isə 2007–2024-cü illər arasında "SOCAR Petroleum SA" şirkətinə rəhbərlik edib. Maraqlıdır ki, o bu vəzifəyə təyin olunanda cəmi 23 yaşı var idi.
"Memaar Capital" Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir.
Yeni layihə "Harmony Homes" adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan iki mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə "Memaar Capital" şirkətinin nəzarətinə keçib.
Elman
"AzPolitoka. info"

Şərhlər
Hökumətə borcluyuq deyir. Bravo
biznesmen olmaq üçün kapital lazımdır. 22 yaşında adamda kapital haradan ola bilər ? atası da ömrü boyu dövlət vəzifələrində işləyib. demək dövlətdən oğurlanmış pullardır. indi də xarici ölkələrə yatırırlar.
Hansi pulnan alib? Rüshvet ve haram ) Xeyrin qörmez inshallah