"2026-cı ilin yanvar ayında pensiya alan vətəndaşların bütün pensiya artımları bu aydan hesablanıb. Lakin pensiyaların həm indeksləşdirilməsi, həm də artımlarının hesablanması Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin orta aylıq əmək haqqı artım faizinin elan olunmasından sonra mümkün olacaq".
Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib
Deputat əlavə edib ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiyalar əvvəlki ilin orta aylıq əmək haqqı artım faizi üzrə indeksləşdirilir və artırılır:
"Bu baxımdan, 2025-ci ilin ilk 11 ayının yekunlarına əsasən, orta aylıq əmək haqqı 9,3% artıb. Gözlənti ondan ibarətdir ki, ilin yekununda 9,2% orta aylıq əmək haqqı artımı qeydə alınacaq. Pensiyalar da həmin faiz üzrə indeksləşdiriləcək.
Dövlət Statistika Komitəsi rəqəmləri elan etdikdən sonra, cənab Prezident tərəfindən pensiyaların indeksləşdirilməsi ilə bağlı sənəd imzalanır və beləliklə, pensiyalar və pensiya kapitalı artırılır.
Yanvar ayında pensiyasını ala bilməyən vətəndaşlarımız üçün artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Məsələn, pensiya məbləği 500 manat olan vətəndaşın pensiyasına 9,2% artım tətbiq olunduqda, artım 46 manat təşkil edəcək. Beləliklə, fevral ayında həmin vətəndaş 546 manat pensiya alacaq. Mart ayından etibarən isə pensiya 546 manat məbləğində ödənilməyə davam edəcək.
Qeyd edirik ki, yanvar ayının artımlarının fevral ayında ödənilməsi, artımların yanvar ayına şamil olunmaması demək deyil. Artımlar yanvar ayından etibarən hesablanıb və yalnız ödənişi fevral ayında həyata keçirilir".
"AzPolitika.info"


Şərhlər
Boş yerə danisirlar
Vüqar Bayramov mart ayından başlayaraq "Şad xəbər " deyərək boş boş danışır
Eyni şeyi nə qədər yazmaq olar.Yorulmadınız?
Başlığı dəyişib yazmaq, əsəblərimizlə oynamaq ayıbdır vallah . Oxumaq üçün bilmirsiniz nə edəsiniz. Hələ təqaüdümüzü almamışıq hər şey qalxıb
Başlıqla yazı uyğun gəlmir. Hansı tarixdə veriləcək? Bayramov bu məlimatı kefli olanda yazıb?özü dəartım faizini götürdüyü mənbə bəlli deyil.Maaşlar 2025-ci ildə hansı fərmanla neçə faiz artdığını niyə göstərmir7Yalan faiz çıxarıb təqaüdçüləri ağır vəziyyətə salmaq cinayət deyil.? Niyə ölkədəki qiymət artımı nəzərə alınmır?İzahat versəniz yaxşı olardı.
deyəsən yazmağa ayrı Şey yoxdu)))))))) Vüqar, yorulmadız