Menu

MƏRKƏZİ BANKIN SƏDRİNDƏN DEVALVASIYA AÇIQLAMASI - "Söhbət 300 milyon vəsaitdən gedir"

04.02.2026, 13:04
MƏRKƏZİ BANKIN SƏDRİNDƏN DEVALVASIYA AÇIQLAMASI -  "Söhbət 300 milyon vəsaitdən gedir"

Yaxın vaxtlarda Azərbaycanda manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi gözlənilmir.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar. Gəlin reallığa baxaq, bizim proqnozlarımıza fikir verək. Onlar dolayı yolla baxışımızı təmsil edir. Bizim cari əməliyyat balansı (CƏB) ilə bağlı proqnozumuz bu il də, gələn il də müsbətdir. Dünya bazarında neftin qiyməti 64-65 ABŞ dolları civarında olsa, bu həm CƏB, həm dövlət büdcəsinin xərcləri nöqtəyi-nəzərindən məqbuldur. Yəni biz burada hansısa problem görmürük. 10 dollarlıq ucuzlaşmanın iqtisadiyyat üçün böyük bir təsiri yoxdur, söhbət təxminən 300 milyon manatlıq vəsaitdən gedir. CƏB üçün isə 55 dollarlıq qiymət belə profisitə nail olmağa imkan verir",- deyə o qeyd edib.

Şərhlər

Maqsud Məmmədov 2026-02-06 02:16:20

Neftin və qazın millətə heç bir xeyri dəyməyib,ziyandan başqa.Azərbaycan dildə irəli,reallıqda isə geriləməkdə davam edir.uşaqların və vətəndaşların ən adi yaşamaq huquqları kobud surətdə pozulur!

Davud 2026-02-05 14:01:50

Salam menim sizden xayisim budur ki bu manatonu azpulmatnan bağlayınız camahatin evini yixiblar özümde Ankaloji xesteyem meni mehkemeye veribler isquvemde yoxdur bunun neyi düzdür

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol