Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin rəis müavini vəzifəsindən öz xahişi ilə azad edilən Mehdi Abdullayevin yeni vəzifəsi də məlum olub.
“AzPolitika” xəbər verir ki, o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət idarəçiliyinin hüquqi təminatı" kafedrasının müdiri təyin olunub.
Qeyd edək ki, Mehdi Abdullayev hüquq elmləri doktorudur.

***
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib.
“AzPolitika” “İqtisadiyyat.az”a istinadla xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mehdi Kamal oğlu Abdullayev Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini vəzifəsindən öz arzusu ilə azad edilib.
Qeyd edək ki, M.Abdullayev bu vəzifəyə 2024-cü ildən təyin edilmişdi. O, daha əvvəl isə Nazirliyin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. 2022-ci ildən Ədliyyə Nazirliyində fəaliyyətə başlayan M.Abdullayev o vaxta qədər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində işləyib.
Xatırladaq ki, M.Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın və AMEA-nın vitse-prezidenti vəzifələrini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxşəliyevanın oğludur

Şərhlər
bütün savadlı kadrları didərgin salırlar
O cibden bu cibe )
Vəzifə gəzənlərdən nə xalq nə dövlət bir fayda görməz! Bunlar ata ana alalarının Maqsudhesabına isti yer.havayı maaş və rüşvətli yer axtaran yararsız elemüntlrdirlər.