Menu

Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb

09.02.2026, 20:20
Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb

"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.

"Report"xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqin təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatı təmin edib və V. Məmmədov barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol