Menu

"Ərdoğan Qəzzada münaqişənin həllinə sadiqdir" - Türkiyə XİN başçısı

19.02.2026, 20:53
"Ərdoğan Qəzzada münaqişənin həllinə sadiqdir" - Türkiyə XİN başçısı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada münaqişənin həllinə sadiqdir.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxışı zamanı deyib.

Türkiyənin XİN başçısı qeyd edib ki, Qəzzada humanitar vəziyyət hələ də həssasdır: "Odur ki, müştərək səylərimiz vacibdir. Türkiyə böyük humanitar yardım göstərib. Digər tədbirlərlə bağlı da dəstəyə hazırıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol