ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı yeni görüntülər yayımlayıb. 

Qurumun açıqlamasında bildirilib ki, əməliyyatlar zamanı İranın hərbi hava imkanları hədəfə alınıb və bir sıra təyyarələr məhv edilib.

CENTCOM-un yaydığı məlumatda qeyd olunub ki, ABŞ yalnız İran mənbəli təhlükələrə qarşı müdafiə tədbirləri görmür, eyni zamanda bu təhlükələri sistemli şəkildə aradan qaldırmağa çalışır.

Qurumun ictimaiyyətə təqdim etdiyi görüntülərdə İran ordusuna məxsus bir neçə hərbi təyyarənin hava zərbələri nəticəsində məhv edildiyi görünür. Məlumata görə, məhv edilən təyyarələr arasında "Lockheed C-130 Hercules" hərbi nəqliyyat təyyarəsi, "Lockheed P-3 Orion" patrul təyyarəsi və sovet istehsalı "Ilyushin Il‑76" yük təyyarəsi də var. 

Bildirilir ki, bəzi təyyarələr hava limanında, yerdə olduqları zaman vurulub.

"AzPolitika.info"