Menu

"BƏLKƏ SİYASİ KARYERAMIN SONU OLACAQ, AMMA..." - Tramp İranla bağlı suala belə cavab verdi

27.03.2026, 21:07
"BƏLKƏ SİYASİ KARYERAMIN SONU OLACAQ, AMMA..." - Tramp İranla bağlı suala belə cavab verdi

ABŞ lideri Donal Tramp "Fox News" kanalında yayımlanan “The Five” proqramında çıxışı zamanı İran haqqında verilən suala reaksiyası ilə diqqət çəkib.

Proqramın aparıcısı Dana Perino İran xalqının vəziyyəti ilə bağlı sual ünvanlayaraq, internetin kəsilməsi səbəbilə ölkədə baş verənlər barədə məlumatın məhdud olduğunu və insanların su, ərzaq kimi əsas ehtiyaclarının təmin olunub-olunmadığını soruşub.

Lakin Donal Tramp suala birbaşa cavab verməkdən yayınaraq mövzunu dəyişib və aparıcı ilə illər əvvəl "Tramp Tower"-də keçirdikləri görüşü xatırladıb.

O, Dana Perinoya “Heç dəyişməmisən, hətta daha da gözəl görünürsən” kimi ifadələrlə kompliment edib.

Daha sonra sözünə davam edən Donal Tramp, “Bəlkə siyasi karyeramın sonu olacaq, amma indi əvvəlkindən daha da gözəl görünürsən” deyərək fikirlərini davam etdirib.

Trampın İranla bağlı sualdan bu cür yayınması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

"AzPolitika.info"

Şərhlər

Cəmşid Dərələyəzli 2026-03-28 08:47:44

Şaban demişəkən "ağam mənimlə məzələnir" . Yəni Tramp dünya ilə məzələnir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol