Menu

İranda maksimum döyüş hazırlığı bəyan edilib

13.04.2026, 20:14
İranda maksimum döyüş hazırlığı bəyan edilib

ABŞ-nin Hörmüz boğazını blokadaya alması fonunda İran "maksimum döyüş hazırlığı" vəziyyətindədir.

"Report" "CNN World"ə istinadən xəbər verir ki, bu barədə İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid ibn əl-Rza bildirib.

Onun sözlərinə görə, ölkə istənilən ssenariyə hazırdır və ona qarşı təcavüz törədənlər sərt və qətiyyətli cavab alacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Hörmüz boğazındakı blokadasından yan keçməyə cəhd edən bütün İran gəmilərini məhv etməklə hədələyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol