Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki idarə rəisi vəzifələrindən azad olunub.
“AzPolitika” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.
Belə ki, Elşən Cəfərov Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Cavanşir Quliyev isə İşlər və Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsindən azad ediliblər.
Qurumun Çağrı Mərkəzindən hər iki idarə rəisinin işdən çıxdığı təsdiqlənib.

Şərhlər
Bakı gəncə yolunun bir çox hissəsi acınacaqlı vəziyyətdədir. Vətəndaşların maşınları göz görə görə bu yollarda sıradan çıxır. Amma heç kim bu ziyanı qarşılamır. Hərəkət zamanı sanki maşın sökülüb töküləcək, bir çox hallarda çuxuralara düşən zaman təkərlər yırtılır. Azəravtoyolun bu yola cavabdeh olan struktur bölməsi nəyi gözləyir?