Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında bir sıra önəmli açıqlamalar verib.
Ərdoğan İsrail Baş naziri Netanyahu və onu hədəf alan tərəfdarlarına sərt cavab verib.
"Sosial mediada məni və ölkəmizi təhqir edən uşaq qatillərinə bir daha bəzi faktları xatırladıram. Türkiyə Respublikası adi bir dövlət deyil. Heç bir güc Türkiyəyə və Türkiyə Respublikasının Prezidentinə barmağını yelləyə bilməz. Heç kim bizim təvazökarlığımızı, sağlam düşüncəmizi itaətkarlıq kimi qəbul etməməlidir, heç kim belə bir xəyal qurmamalıdır. Lazım olduqda torpağın altında şərəflə uzanmağı, torpağın üstündə şərəfsiz yaşamaqdan çox-çox üstün hesab edirik. Tayyib Ərdoğan və bütün yoldaşlarım olaraq hamımız milli himni "qorxma" şüarı ilə başlayan qəhrəman bir millətin övladlarıyıq", -deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri ona dəstək olan siyasətçilərə öz təşəkkrünü bildirib:"Ölkəmizə və mənə qarşı yönəlmiş həyasızlığa qarşı reaksiya verən bütün siyasətçilərə, eləcə də Cümhur İttifaqı tərəfdaşımız, Milliyyətçi Hərəkat Partiyasının sədri cənab Dövlət Baxçalıya təşəkkür edirəm. Məmnuniyyətlə bildirirəm ki, müxtəlif arenalarda millətə xidmət uğrunda mübarizə aparan siyasi partiyaların Türkiyə və Türkiyənin milli qüruru məsələsində göstərdiyi bu ortaq mövqeyi çox dəyərli hesab edirik".
"AzPolitika.info"

Şərhlər
İsrailin qudsal torpaq ideyası barədə Quranda İsrail oğullarının müsəlmanları diyarlarından qovmaq , onları vaxtaşırı öldürmək niyyətləri kifayət qədər məlumat vardır.Son qərar uca Allahındır.Rahmən zulmkar kafirləri sevməz.İnşaallah od əzabı qiymətləri olaçaq