Ötən gecə gecəsi Ukraynanın Dnepr şəhəri Rusiyanın kütləvi PUA hücumuna məruz qalıb. Hücum 10 saatdan çoxdur davam edir.

Partlayışlardan sonra şəhərin bir neçə ərazisində böyük yanğınlar baş verib. İlkin məlumatlara görə, yaşayış binalarına və mülki infrastrukturlara ziyan dəyib.

“AzPolitika” xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində dronlar Dnepr, Dnepropetrovsk vilayətindəki Krivoy Roq şəhəri, Sumı, Xarkov və Odessa vilayətləri istiqamətində uçub. Xarkovda dron çoxmərtəbəli binaya zərbə endirib.

Dneprin bombalanması nəticəsində 9 yaşlı uşaq da daxil olmaqla 30 nəfər yaralanıb. 4 nəfər həlak olub. Evlər, müəssisələr, avtomobillər və mağazalar zərər görüb. Şəhərin girişindəki yanacaqdoldurma məntəqəsi yanmaqda davam edir.

Ukrayna isə ondan 1500 kilometr məsafədə yerləşən Rusiyanın Yekaterinburq şəhərini vurub. Şəhərin mərkəzindəki hündürmərtəbəli yaşayış binasına dron çırpılıb. 25-30-cu mərtəbələrə zərər dəyib. Sverdlovsk vilayətinin qubernatoru Denis Paslerin sözlərinə görə, altı sakin tüstüdən zəhərlənib, bir qadın xəstəxanaya yerləşdirilib, qalan 50 nəfər isə təxliyə edilib.

“AzPolitika.info”