İran Hərbi Dəniz Qüvvələri komandanının müavini, kontr-admiral Faramarz Bamani ölkəsinin müharibəyə əlavə qüvvələr cəlb etməyə hazır olduğunu açıqlayıb.
O bildirib ki, İran silahlı qüvvələrinin bir hissəsi hələ qarşıdurmaya qoşulmayıb, lakin zərurət yaranarsa dərhal hərəkətə keçməyə hazırdır: “Qüvvələr hazır vəziyyətdədir və əmrləri gözləyir”.
Eyni zamanda İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Fadahossein Maleki də sərt bəyanatla çıxış edib.

O xəbərdarlıq edib ki, İranın təhlükəsizliyi təhdid olunarsa, regionda vəziyyət daha da gərginləşəcək: “İranın sahil təhlükəsizliyi risk altına düşərsə, Oman dənizi və Fars körfəzi sahillərinin təhlükəsizliyi də təhlükə altına düşəcək”.
M.Maleki ABŞ-ı danışıqlar prosesinə mane olmaqda və atəşkəsi pozmaqda ittiham edib. Onun sözlərinə görə, Vaşinqton hərbi-dəniz blokadası kimi addımlarla vəziyyəti gərginləşdirir.
Deputat əlavə edib ki, İran Hörmüz boğazı üzərində tam nəzarətə malikdir və hazırkı mərhələdə nə danışıqlara, nə də atəşkəsə meyilli deyil.
"AzPolitika.info"

Şərhlər