"Rusiya 9 mayda parad elan edib, lakin bu paradda heç bir hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun-uzun illər ərzində ilk dəfə olacaq ki, paradda silah göstərə bilməyəcəklər və bu paradda Ukrayna PUA-ları uça bilər".

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitinin açılışında deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın artıq əvvəlki qədər güclü olmadığını göstərir, ona görə də "onlara sanksiyalarla təzyiq göstərməyə davam etməliyik".

Zelenski əlavə edib ki, “bu yay Putinin bundan sonra nə edəcəyinə qərar verəcəyi - bu müharibəni genişləndirəcəyinə və ya diplomatik vasitələrə keçəcəyinə qərar verəcəyi an olacaq”. O hesab edir ki, Putinin diplomatiyaya doğru irəliləməsi lazımdır.

“AzPolitika.info”