Xəbər verdiyimiz kimi, keçmiş xarici işlər naziri və AKP milət vəlkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğlu ofisində silahlı hücuma məruz qalıb.
Türkiyə KİV-də yayılan məlumata görə, A.Çavuşoğlu dünən gecə yanacaqdoldurma məntəqəsindəki ofisində güllələnib.
Məlumatdan sonra əraziyə təcili tibbi yardım heyətləri göndərilib. Ağır yaralanan A.Çavuşoğlu xəstəxanaya aparılıb və ilkin tibbi yardımdan sonra əməliyyat olunub. A.Çavuşoğlu əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib.
Xəstəxanadan alınan son məlumata görə, iş adamının vəziyyəti kritik olaraq qalır.
Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi ofisdə və yanacaqdolurma məntəqəsində araşdırma aparır.
AKP millət vəkili Mövlud Çavuşoğlunun xaricdə olduğu və tezliklə Türkiyəyə qayıdacağı bildirlir.
“AzPolitika.info”
***
Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub.
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib.
Məlumata görə, o, əməliyyat olunub, hazırda reanimasiyadadır. Vəziyyəti ağır olaraq qalır.

Şərhlər