Bu gün Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkilərinin rəsmi təşviqat kampaniyasına start verilib.

"AzPolitika" Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentdəki yerlər uğrunda 17 partiya və 2 blok mübarizə aparacaq. Təxminən 2,5 milyon seçicinin səsini qazanmaq üçün yarışan siyasi qüvvələr arasında həm hakim komanda, həm də radikal və mötədil müxalifət cinahı təmsil olunur.

Bülletenlərdəki ardıcıllığa uyğun olaraq, seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyası, Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku, həmçinin "Çiçəklənən Ermənistan", "Respublika", "İşıqlı Ermənistan" və "Milli Demokratik Qütb" kimi partiyalar iştirak edir.

Ümumiyyətlə, mübarizədə iştirak edəcək digər siyasi qüvvələr bunlardır:

“Vətəndaş Müqaviləsi” Partiyası - sədr Nikol Paşinyan

“Çiçəklənən Ermənistan” Partiyası - sədr Qaqik Sarukyan

“Şnorhapetakan Hayastan” Partiyası - sədr Qurgen Simonyan

“Mən Hamıya Qarşıyam” Demokrat Partiyası - sədr Spartak Kyuregyan

“Güclü Ermənistan” Bloku (“Güclü Ermənistan”, “Yeni Era”, “Birləşmiş Ermənilər” partiyaları) - lider Samvel Karapetyan

“Demokratik Konsolidasiya” Partiyası - sədr Suren Petrosyan

“Birlik Qanadları” Partiyası - sədr Arman Tatoyan

“İşıqlı Ermənistan” Partiyası - sdər Edmon Marukyan

“Milli-Demokratik Qütb” Ümumerməni Partiyası - sədr Gevorq Karapetyan

“Ermənistan” Partiyalar Bloku - lider Robert Köçəryan

Xristian-Demokrat Partiyası - sədr Levon Şirinyan

Ermənistan Milli Konqresi Partiyası - Levon Zurabyan

“Yeni Güc” İslahatçılar Partiyası - sədr Hayk Marutyan

“Respublika” Partiyası - sədr Aram Sarqsyan

Proqressiv-Mərkəzçi “Alyans” İttifaqı - sədr Tiqran Urixanyan

İslahatçılar Partiyası - sədr Vaan Babayan

“Demokratiya, Qanun, Nizam” Partiyası - sədr Levon Bağdasaryan

“Koçari Milli Dirçəliş və Millətin Oyanışı” Partiyası - sədr Artak Sarqsyan

“Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı” Partiyası - sədr Arman Babacanyan

Seçki kampaniyasında fəal iştirak etmək məqsədilə Ermənistanın Baş naziri Nikol Paşinyan və bir sıra yüksək rütbəli məmurlar bu gündən etibarən rəsmi olaraq məzuniyyətə çıxıblar. Qanunvericiliyə uyğun olaraq, təşviqat dövründə inzibati resurslardan istifadəni minimuma endirmək üçün rəsmilər vəzifə icrasını müvəqqəti dayandıraraq meydanlara enirlər.

Ermənistanda seçki təşviqatı bir ay davam edəcək. Kampaniyanın son günü iyunun 5-i müəyyən edilib. İyunun 6-sı ölkədə "sükut günü" elan olunacaq, iyunun 7-də isə vətəndaşlar sandıq başına gedərək ölkənin yeni qanunverici orqanını və faktiki olaraq növbəti hökumətini seçəcəklər.

"AzPolitika.info"