Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.
“AzPolitika” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.
Məlumata görə, sözügedən MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.
Ş.Vəliyev sayta açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.
Xatırladaq ki, Şahlar Vəliyev 2018-ci ilin martından “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-2018-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.
O, Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.

Şərhlər
Qohumlar vəzifələi tutduğundan adi Azərbaycan vətəndaşları ışsiz qalır.Pensiya yaşı çatməş vəziəlilər niyə işdən azad edilib,yerinə uyğun mütəxəssis tapılmır? diqqət edin, Prezident aparatı,Nazirlər kabineti,nazirlik və komitələr,icra haimiyyətləri və digər dövlət idarələrində nə qədər pensiya yaşı ötmüş şəxslər vəzifələrdə saxlanılır.Buna nə ehtuac var?Ona görə işsizik baş alıb gedir