Faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə Moskvada Qırmızı Meydanda keçirilən parad başa çatıb.
Bu barədə Rusiya mətbuatı xəbər verir. Parad təxminən 45 dəqiqə davam edib.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında 9 may 2026-cı ildə Moskvada keçiriləcək paradla bağlı sənəd dərc edilib. Sənəddə paradın keçiriləcəyi müddət ərzində Qırmızı Meydan ərazisinin Ukrayna silahlarının tətbiqi planından müvəqqəti olaraq çıxarıldığı bildirilir.
***
Moskvada Qırmızı Meydanda ənənəvi Qələbə paradı başlayıb.
"AzPolitika" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və bir neçə xarici ölkənin rəhbəri paradda iştirak edir.
İlk dəfədir ki, paradda hərbi texnika nümayiş etdirilmir.
Rusiya mediasına istinadən paraddan canlı yayımı təqdim edirik:

Şərhlər