Menu

Qobustanda güclü yanğın olub - VİDEO

09.05.2026, 13:11
Qobustanda güclü yanğın olub - VİDEO

Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib.

“AzPolitika" Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb.

Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar.

Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-dən bildirilib ki, yanğın ötən gün baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın Qobustan qəsəbəsində yerləşən elektrik stansiyasında deyil dartı yarımstansiyasında olub.

Görüntüləri təqdim edirik:


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol