Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycan haqqında xoş sözlərinə cavab olaraq özünün X sosial media səhifəsində paylaşım edib.
“AzPolitika” xəbər verir ki, Azərbaycan başçısı paylaşımında Slovakiya Baş nazirinə təşəkkür edib: "Hörmətli Robert, Azərbaycan haqqında səmimi və dəyərli fikirlərinizə görə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm. Slovakiyaya səfərim zamanı mənə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirirəm və sizi tezliklə Bakıda görməyi səbirsizliklə gözləyirəm".
“AzPolitika.info”

Şərhlər