Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub.
“AzPolitika” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.
A.Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim olunub.
O bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.
Belə ki, A.Səmədzadə Ədliyyə Nazirliyində İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi vəzifəsində çalışıb.
2015-ci ilin noyabrında Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə təltif edilən vəzifəli şəxslər sırasında A.Səmədzadə də olub. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.
Ağakərim Səmədzadə 2024-cü ilin mayında Ədliyyə Nazirliyindəki vəzifəsindən azad edilib.
"AzPolitika.info"


Şərhlər
Bu nazirliyin işini,fəaliyyətini və ölkə üçün ,xalq üçün faydalı işini görən olubmu? Bu nazirlik yalnəz sezondan sezona fiktiv qadaalar bəyan edir.Amma bu bəyanatlara aliqarx dedikləriniz və onların evladları yan keçir