İranla dünyanın 6 güc dövləti arasında əldə edilmiş razılaşma müvəqqətidir. Yəni yarım illik.
Razılaşmaya görə İran hansı güzəştlərə gedir?
Tehran bu dövrdə uranı yalnız 5 faizə qədər zənginləşirə bilər. Yəni nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üçün gərəkən həddə. İran 5 faizlik həddi keçməyə, yəni atom bombası düzəltməyə imkan verən səviyyəyə qalxmağa cəhd etməməlidir. Uranı 5 faizdən artıq zənginləşdirməyə yol açan bütün avadanlıqları məhv etməlidir. Yeni sentrifuqalar quraşdırmağı dayandırmalıdır. Arak ağır su reaktorunun tikintisini dayandırmalı, onun layihəsini qarşı tərəfə təqdim etməlidir. Beynəlxalq Atom Enerjisi agentliyinin müfəttişlərini Natanz və Fordow nüvə obyektlərinə buraxmalıdır.
Bunun əvəzində İran nə əldə edir?

ABŞ prezidenti Barak Obama deyib ki, razılaşma İranın nüvə proqramına ciddi məhdudiyyətlər qoyur və İranın atom bombası əldə etməsi yolunu kəsir. Amma prezidentin fikrincə, bu ilk addımdır.
İranın xarici işlər naziri Mohammad Javad Zarif isə deyib ki, “tərəflər arasında itmiş etimadı bundan sonra bərpa etməyə başlamaq olar”.
Bu razılaşma İranın islahatçı prezidenti Rohani-yə imkan verir ki, ölkə əhalisinə “baxın, biz nüvə enerjisi almaq haqqımızı heç kəsə güzəştə getmədik” – desin.
Iran - Iranın sabiq prezidenti Mahmoud Ahmadinejad Natanz uran zənginləşdirmə müəssisəsində, 8 aprel 2008
Çünki İran daxilində mühafizəkarlar Amerika və onun müttəfiqlərinə inanmırlar, onları düşmən sayırlar.
Eyni zamanda ABŞ İsrail və Səudiyyə Ərəbistanı kimi müttəfiqlərini inandırmalıdır ki, İranla razılaşma onların təhlükəsizliyinə ziyan vurmur. Hər iki ölkə İranla razılaşmanı rədd edir.
Müvəqqəti razılaşmanın nə dərəcədə uğurla yerinə yetirilməsindən asılı olaraq 6 aydan sonra yekun saziş bağlana bilər.
Tehranın nüvə proqramı ilə bağlı münaqişə təxminən 10 il idi davam edirdi.


Şərhlər