Menu

EYYUBOV, DAŞDƏMİROV VƏ GENERAL OĞLU HAQDA YENİ QƏRAR - Məhkəmə

18.05.2026, 21:04
EYYUBOV, DAŞDƏMİROV VƏ GENERAL OĞLU HAQDA YENİ QƏRAR - Məhkəmə

5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov və Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov hakim qarşısına təkrar çıxarılıblar.

"AzPolitika" xəbər verir ki,  bu barədə “qafqazinfo” məlumat verib. Məlumatda bildirilir ki,  prokuror təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyib.

Binəqədi Rayon Məhkəməsi ibtidai araşdırmanın davam etməsini və əlavə sübutların toplanmasını nəzərə alaraq təqdimatı təmin edib.

Qərara əsasən, Ruslan Eyyubov, Rəşad Daşdəmirov və Fərid Usubovun həbsdə saxlanılma müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 5 ay əvvəl həbs ediliblər. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

F.Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol