Menu

QARABAĞDA 2 MİN MANATDAN YÜKSƏK MAAŞ TƏKLİFİ... - Vakansiyalar və tələblər

17.05.2026, 13:05
QARABAĞDA 2 MİN MANATDAN YÜKSƏK MAAŞ TƏKLİFİ... - Vakansiyalar və tələblər

Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri davam edir. Bölgələrimizdə dəmir yolu və avtomobil yollarının çəkilişi, elektrik enerjisi və su təchizatının bərpası, tikinti işlərinin sürətləndirilməsi layihələri həyata keçirilir. Təbii ki, bütün bu layihələrin uğurlu icrası bölgədə məşğulluğun da artırılmasını və yeni iş yerlərinin yaradılmasını zəruri edir.

“AzPolitika” bu konteksdə Dövlət Məşğulluq Agentliyinin elektron sistemi əsasında Qarabağda elan olunan iş imkanlarını araşdırıb.

Qeyd edək ki, sözügedən platformada müxtəlif peşə sahələrini əhatə edən – mühafizə, nəzarət, sürücülük, tikinti, mühəndislik, operatorluq, eləcə də xidmət sahələri üzrə iş elanları görmək mümkündür. Elanlara əsasən, işlərin böyük hissəsi xidmət və tikinti sahələrini əhatə edir və ən çox tələbat usta peşələrinədir. Şirkətlər əsasən,18-65 yaş aralığında, orta-ixtisas təhsili olan işçi axtarışındadırlar. Əməkhaqqı məbləği işəgötürən tərəfindən müəyyən edilir və təqdim olunan elanlara əsasən maaşlar əsasən - 400 AZN – 2300 manat arasında dəyişir. Ən yüksək maaşlı vakansiyalar bunlardır - keyfiyyətə nəzarət (tikinti üzrə) — 2300 AZN, koordinator — 2100 AZN, televizor ustası — 2000 AZN.


Ən aşağı maaşlı vakansiyalar - sürücü, operator, satış məsləhətçisi, tikişçi kimi işlərdə maaşlar əsasən, 400-450 AZN civarındadır. Ümumi mənzərədə ən çox iş imkanları hazırda Cəbrayıl, Xankəndi və Laçın istiqamətində cəmlənib.

Hazırda aktiv olan vakansiyaların tam siyahısını təqdim edirik:

Xankəndi

- Sürücü — 400-650 AZN

- Operator — 400-650 AZN

- Çilingər — 400-650 AZN

- Avtobus sürücüsü — 400-1000 AZN

- Satış məsləhətçisi — 400-500 AZN

Qubadlı

- Tunel işçisi — 1400 AZN

- Nizamlayıcı — müsahibə əsasında

- Nəzarətçi — müsahibə əsasında

- Mühəndis — 800 AZN

- Mühasib — 450 AZN

- Sürücü — 500 AZN

- Zal işçisi — 450 AZN

- Elektrik montyoru — 550 AZN

- Qaynaqçı — 550 AZN

Cəbrayıl

- Sürücü — 930 AZN

- Televizor ustası — 2000 AZN

- Növbətçi mühəndis — 860 AZN

- Elektrik — 410 AZN

- Sürücü — 600 AZN

- Nəqliyyat üzrə mütəxəssis — 660 AZN

- Ekskavator operatoru — 1000 AZN

- Mühafizəçi — 700 AZN

- Avtokar sürücüsü — 700 AZN

- Makina operatoru — 1000 AZN

- Santral operatoru — 1000 AZN

- Koordinator — 2100 AZN

- Mühafizəçi — 470 AZN

- Satıcı-kassir — 525 AZN

- Feldşer — 1200 AZN

- Sürücü-Evakuator — 1200 AZN

Kəlbəcər

- Keyfiyyətə nəzarət (tikinti üzrə) — 2300 AZN

- Quruducu operator — 450 AZN

- Ütüləyici operator — 450 AZN

- Ekskavator operatoru — 520 AZN

- Operator-avtoyükləyici — 520 AZN

- İnzibati işlər üzrə mütəxəssis — müsahibə əsasında

- Sürücü — müsahibə əsasında-

- Geoloq — müsahibə əsasında

- Sahə rəisi — müsahibə əsasında

- Sürücü — 800 AZN

- Tikişçi — 400 AZN

- Elektrik — 1127 AZN

Ağalı kəndi

- Topoqraf — müsahibə əsasında

- Keyfiyyətə nəzarət mütəxəssisi — müsahibə əsasında

- Aşpaz — 700 AZN

- Sürücü-Evakuator — 1200 AZN

Xocavənd

- Operator (dolum sahəsinə) — 500-2000 AZN

- Sabstok operatoru — 500-2000 AZN

- Qazanxana operatoru — 500-2000 AZN

- Texniki şöbə müdiri — 500-2000 AZN

-- Keyfiyyətə nəzarət üzrə laboratoriya inspektoru — 500-2000 AZN

Zəngilan

- Briqadir — müsahibə əsasında

- Traktorçu — müsahibə əsasında

- Budamaçı — müsahibə əsasında

- Suvarmaçı — müsahibə əsasında

Laçın

- Müfəttiş — 1000 AZN

- Rabitə üzrə mühəndis — müsahibə əsasında

- Elektrik avadanlığının istismarı və təmiri üzrə mühəndis — müsahibə əsasında

- Hava limanının direktoru — müsahibə əsasında

- Uçuşların təhlükəsizliyi və keyfiyyətə nəzarət üzrə mütəxəssis — müsahibə əsasında

- Təsərrüfat müdiri — müsahibə əsasında

- Uçuşların elektrik-işıq texniki təminatı üzrə mühəndis — müsahibə əsasında

- Daxiliyanma mühərriklərinin maşinisti — müsahibə əsasında

- İstilik və sanitar-texniki təminatı üzrə mühəndis — müsahibə əsasında

- Nəzarət-ölçü cihazları və avtomatika üzrə texnik — müsahibə əsasında

- Texnoloji avadanlıqların istismarı və təmiri üzrə mühəndis — müsahibə əsasında

- Rabitə mühəndisi — müsahibə əsasında

- Rabitə texniki — müsahibə əsasında

- Mühəndis-sinoptik — müsahibə əsasında

- Meteoroloji cihazlar üzrə mühəndis — müsahibə əsasında

- Texnik-sinoptik — müsahibə əsasında

- HHİ dispetçeri — müsahibə əsasında

- Radionaviqasiya və radiolokasiya üzrə texnik — müsahibə əsasında

- Radiolokasiya üzrə texnik — müsahibə əsasında

- Radionaviqasiya üzrə texnik — müsahibə əsasında

Qeyd edək ki, iş axtaran şəxslər e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olub işsiz və ya iş axtaran kimi qeydiyyatdan keçə bilərlər. CV göndərərkən elektron poçtunuzda “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər qarabagdais@sosial.gov.az elektron poçt ünvanına göndərilməlidir.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”" mövzusunda hazırlanmışdır.

Şərhlər

Söhiyyə xidmətçisi 2026-05-26 14:15:23

Azı 1000-2000 Ezamiyyət xərcləri olar? Fiziki iş yüksək keyfiyyətli normal təbii-natural keyfiyyətli qaidalanma ilə davamlı görülür! Hazırda ən çoxu 3-10% əhali normal qidalanır?

Fff 2026-05-23 02:10:06

Camaati qul kimi isletmey isteyirsiz 400-500 manat maasa is olar.gedin ozunuzu dolayin

Fariz 2026-05-23 02:07:02

özünüzə qalsın deysin verdiyiniz maas.

Nahid Əliyev 2026-05-22 12:58:00

Dövlət Məşğulluq Agentliyində bəzi məmurlar büdcədən ayrılan pulları mənimsəyibr....Dövlət Məşğulluq Agentliyinin şirkətlətdə hörməti yoxdur əməkdaşı pulla işə qəbul olmur saxta mühasibə əsasında....

Hambal 2026-05-22 11:30:58

Mən manballigim ilə gedib orada 2000manatdan aşağı işlemerem

Ramin kerimov 2026-05-22 10:48:55

Sexsi spirinter servis islemek isteyirwm

Fəhmin 2026-05-22 00:48:59

Qarabağda işləmək istəyirəm cv mi elektron poçt ünvanına göndərdim

Adəm Cəlilov 2026-05-21 13:43:53

Malyar ustası üçün iş axtarılır)

Eltun 2026-05-20 22:45:40

Sürücü-Evakuator islemek isdeyrem 0505969174

Nəsimi habullayev 2026-05-20 20:53:18

0506462683 qarabağda işləmək isetrem fehlə

Əhmət 2026-05-20 20:44:40

Avtobus surcusu

Cəmşid Dərələyəzli 2026-05-20 08:38:03

Buda ki belə.

Məcid Mirzəyev. 2026-05-20 07:25:41

Uzun illərdir ki köçgünlük həyatı axırımıza çıxdı.İstismar müddəti başa çatmış daxmalarda ömrümüz günümüz çürüdü. Kəndəlri qəsəbələri tikin gedək biz də bir gün görək

reşad 2026-05-20 02:08:36

balaca masin surucu islemek.isdeyirem

Vusale 2026-05-20 02:01:45

Oprator

Asif 2026-05-19 12:47:08

Maas deyil bu kole puludur. 1000 manat bir adamin ise gedib gelme rasxodudur.ele kuceye dusub gunde 2 saat dilensen aya 600 700 manat qazanmaq olar. Dukan bazar avropadan bahadir maas yoxdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol