Menu

GÜRCÜSTANA GEDƏNLƏR BİLETDƏN ƏLAVƏ DƏ ÖDƏNİŞ EDƏCƏK - Bu halda 189 manat cərimələnə bilərsiniz

21.05.2026, 21:27
GÜRCÜSTANA GEDƏNLƏR BİLETDƏN ƏLAVƏ DƏ ÖDƏNİŞ EDƏCƏK - Bu halda 189 manat cərimələnə bilərsiniz

2026-cı il yanvarın 1-dən Gürcüstana səfər edən turistlər üçün yeni qayda tətbiq olunur. Yeni tələblərə əsasən, ölkəyə daxil olmaq istəyən şəxslərdən gürcü və ya ingilis dilində tibbi sığorta tələb ediləcək.

Məlumata görə, sığorta turistin ölkəyə daxil olduğu andan səfər müddətinin sonuna qədər qüvvədə olmalıdır. Tibbi sığorta qəza, xəsarət, qəfil xəstəlik, tibbi təxliyə və repatriasiya hallarını əhatə etməlidir.

Məsələn, Gürcüstana bir həftəlik səfər üçün tibbi sığorta haqqı təxminən 12 manat təşkil edir. Səfər müddəti artdıqca sığorta məbləği də yüksəlir.

Qaydaya əməl etməyən əcnəbilər 300 lari, yəni təxminən 189 manat məbləğində cərimələnəcəklər. Cərimə vaxtında ödənilmədiyi halda məbləğ iki və ya üç dəfə artırıla bilər. Bildirilir ki, tələblərin pozulması ölkəyə girişin məhdudlaşdırılması və ya deportasiya ilə nəticələnə bilər.

"AzPolitika.info"

Şərhlər

Azəri türkü 2026-05-22 11:49:25

Malades! bunu hansı"ağıllı" düşündü?

Cəmşid Dərələyəzli 2026-05-22 09:17:26

Maraqlıdı, əcaba nəhayyət də hökümət çıxıb deyəcəkmi ki, karantin götürülmədən bu qataralar nə daşıyacaq. Allah sənə rəhmət eyləsin, ay Cəlil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol