Menu

Sabah bu ərazidə işıq olmayacaq - "Azərişıq" məlumat yayıb

30.05.2026, 23:23
Sabah bu ərazidə işıq olmayacaq - "Azərişıq" məlumat yayıb

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Qeyd olunur ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol