DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün Şimali Makedoniya yığması ilə yoxlama oyunu keçirib.
Qardaş ölkəmiz rəqibi Şimali Makedoniya komandası olub. Qarşılaşma İstanbulda “Şükrü Saracoğlu” stadionunda baş tutub.
Matç Türkiyə millisinin üstünlüyü ilə keçib və 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Orkun Kökçü 2-ci dəqiqədə fərqlənib. 16-cı dəqiqədə Can Yılmaz Uzun fərqi artırıb. 53-cü dəqiqədə Deniz Gül hesab arasındakı fərqi 3-ə qaldırıb. 70-ci dəqiqədə Barış Alper Yılmaz komandasının dördüncü qoluna imza atıb.
Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda iyunun 7-də Venesuela millisi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.

Şərhlər