Menu

Bakıda avtomobilin üzərinə uzanan qadınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

09.06.2026, 21:00
Bakıda avtomobilin üzərinə uzanan qadınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

"AzPolitika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Məlumata görə, araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb: "Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol