Rusiya Prezidenti Vladimir Putin Tatarıstana səfəri zamanı Kazandakı Kul Şərif məscidini ziyarət edib.
“AzPolitika” xəbər verir ki, Putinin məsciddəki görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Putini məsciddə Tatarıstan başçısı Rüstəm Minnixanov müşayiət edib.
Kreml sahibi eləcə də Kazandakı Blaqoveşşensk kilsəsinə baş çəkib.
Xatırladaq ki, Rusiya başçısı Kazana Rusiya ilə ASEAN arasında tərəfdaşlığın 35 illiyinə həsr olunmuş yubiley sammitində iştirak etmək üçün gəlib. Həmin səfər davam edərkən Ukrayna Moskvaya kütləvi PUA hücumu həyata keçirib.
“AzPolitika.info”

Şərhlər