Menu

ABŞ Senatı Trampın "əl-qolunu bağladı" - İranala bağlı qətnamə qəbul etdi

24.06.2026, 08:00
ABŞ Senatı Trampın "əl-qolunu bağladı" - İranala bağlı qətnamə qəbul etdi

ABŞ Senatı administrasiyanı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnaməni qəbul edib.

APA xəbər verir ki, sənədin lehinə 50, əleyhinə isə 48 senator səs verib.

Qətnamədə Prezident Donald Trampa Konqres tərəfindən təsdiqlənməyən və ABŞ-ın müdafiəsi üçün zəruri olmayan hərbi əməliyyatlardan Amerika Silahlı Qüvvələrini geri çəkmək tövsiyə olunur.

Sənəd tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.

ABŞ administrasiyası onu nəzərə almaya bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol