Menu

14 nəfər öldü, 78 nəfər yaralanıb - İran Səhiyyə Nazirliyi

09.07.2026, 12:02
14 nəfər öldü, 78 nəfər yaralanıb - İran Səhiyyə Nazirliyi

ABŞ-ın İran ərazisinə endirdiyi son zərbələr nəticəsində 14 nəfər ölüb, 78 nəfər yaralanıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn Kərmanpur bildirib.

Onun sözlərinə görə, atəşkəs razılaşmasının qüvvədə olduğu vaxtda ABŞ 2026-cı il iyulun 8 və 9-da İranın beş vilayətinə zərbələr endirib.

"Bu hücumlar nəticəsində 14 nəfər həyatını itirib, 78 nəfər yaralanıb. Hazırda 47 nəfər xəstəxanalarda müalicə alır, digər yaralılar isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb", – Kərmanpur X sosial şəbəkəsindəki rəsmi hesabında yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol