Menu

İsrail yenə "Əl-Əqsa" məscidinə hücum etdi - Türkiyə XİN bəyanat yaydı

23.07.2026, 22:40
İsrail yenə "Əl-Əqsa" məscidinə hücum etdi - Türkiyə XİN bəyanat yaydı

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin "Əl-Əqsa" məscidinə hücumunu qınayıb.

Türkiyə XİN bununla bağlı bəyanat yayıb.

"İsrailli bir nazirin təhlükəsizlik qüvvələrinin mühafizəsi altında Əl-Əqsa məscidinə təşkil etdiyi basqını ən qəti şəkildə qınayırıq", - bəyanatda bildirilib və qeyd olunub ki, Qüdsdəki müqəddəs məkanların tarixi və hüquqi statusunu pozmaq qanuna ziddir.

Türkiyə XİN-dən bildirilib ki, təxribat xarakterli hərəkətlərin qarşısının alınmasının beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da "X" sosial şəbəkə hesabında İsrailin bu məscidə hücumunu qınayıb:

"Məscidül-Əqsanın müqəddəsliyini hədəf alan heç bir cəhd qəbul edilə bilməz".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol