Genişlənən münaqişə səbəbindən Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının sülh yolu ilə nizamlanma üzrə açıq debatlarında bildirib.
"Vəziyyət nəzarətdən çıxır və ağlasığmaz bir həddin astanasındadır. Region genişlənən qarşıdurma həlqəsinə sürüklənir. Bir böhran digərini qidalandırır. Bir eskalasiya digərini təhrik edir", - o, Yaxın Şərq münaqişəsi barədə danışarkən deyib.
Quterreş münaqişənin hərbi yolla həllinin olmadığını qeyd edərək, "geriyə addım atmaq vaxtının çatdığını" əlavə edib.

Şərhlər