Rusiya-Ukrayna müharibəsinin gedişinə əsasən klassik arxa cəbhə anlayışının tədricən tarixə qovuşduğu qənaətinə gəlmək olar. Bu müharibənin arealı genişlənib,o,artıq cəbhə xətti ilə yekunlaşmır və hər iki ölkə ərazisini əhatə etməyə başlayıb. Rusiyanın Avropa hissəsi demək olar ki,Ukraynanın uzaqmənzlli dronlarının real hədəfindədir.
Məlumdur ki, müharibənin gedişinə təsir göstərən başlıca amillər sırasına uzunmüddətli resurs, hərbi-texnoloji potensial,əhalinin psixoloji dözümlülüyü ilə yanaşı, strateji planlamanın necə qurulması da daxildir. Müharibədə zəngin təcrübə toplamış Rusiya və Ukrayna ordusu artıq bir-birinin güclü və zəif tərəflərini yaxşı bilirlər və ona görə də strategiyalarını da bu reallığa uyğun şəkildə yenidən formalaşdırırlar.
Ukraynaya təcavüz edəndən indiyədək Rusiya hərbi komandanlığı strategiyasını bir neçə dəfə dəyişib, daha doğrusu buna məcbur qalıb. İşğala başlayanda Rusiyanın strategiyası “ildırımsürətli qələbə”yə əsaslanırdı. Kremldə hesab edirdilər ki, Kiyevi çox qısa müddətə hərbi vasitəylə ələ keçirərək,bu ölkəyə yenidən siyasi dizayn verəcəklər. Vladimir Putinin iştirakı ilə Rusiya hərbi baş qərərgahının hazırladığı işğal planı baş tutmadı. Onlar blitskriq strategiyadan vaz keçib,yeni plan qurmağa məcbur qaldılar. Həmin plana əsasən Rusiya ordusu ilk olaraq Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini bütünlüklə zəbt etməliydi. Hətta tam işğal edə bilmədikləri bu vilayətləri Vladimir Putin saxta referendum yoluyla Rusiyaya qatıb.
Rusiya komandanlığının dörd vilayəti işğal etmək planı fiaskoya uğraynadan sonra, Putinin göstərişi ilə ölkənin və ordunun bütün potensialı yeni bir planın “düşmənin taqətdən salınması strategiyası”nın tətbiqinə yönəldi. Kremlin hazırkı yaxın perespektiv məqsədi Donetsk vilayətinin Kramotorsk və Slavyansk şəhərlərini işğal etməkdir. Rusiya dörd ildir ki,yüz minlərlə əsgərin “ət hücumları”sayəsində bu maneəni yarmağa çalışsa da,istədiyi nəticəni hasil edə bilməyib. Kreml rəhbəri Ukraynanın əldən düşüb çökməsinə və cəbhə xəttinin nə zamansa yarılmasına ümid bəsləyir.
Rusiya öz strategiyası çərçivəsində Ukrayna şəhərlərini bombalamaqda davam edir. Ukrayna Rusiyanın insan resursu üstünlüyünü nəzərə alaraq tamamilə fərqli strategiya yürüdür. Müharibə başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələri Rusiya ordusundan fərqli olaraq, demək olar ki,tərtib etdiyi ümüumi strategiyadan kənara çıxmayıb. Onlar yalnız müəyyən taktiki dəyişikllərə gediblər. Ukrayna öz strategiyasını hələ ki,istədiyi kimi həyta keçirə bilmir, çünki onun silah arsenalında kifayət qədər balistik və qanadlı raketlər yoxdur. Bu istiqamətdə fəaliyyətlər davam etsə də, hələlik müharibənin müqəddəratını kökllü surətdə öz leyhinə həll edəcək silahlara yiyələnməyib. Kiyev balistik və qanadlı raketlərin istehsalını ən yükəsk səviyyəyə çatdırana kimi vahid strategiyanın tələblərinə uyğun şəkildə yalnız cəbhədəki müdafiə xətlərini qorumaqla yetinməyib, eyni zamanda Rusiya ərazisindəki hərbi aerodlromları, silah anbarlarını, hərbi zavodları, yanacaq bazalarını, Neft Emalı Zavodlarını, sursat anbarlarını, eletrik stansiylarını, dəniz limanlarını, neft doldurma terminallarını dronlarla vuracaq.
Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələri ümumi strateji plan çərçivəsində Rusiya cəmiyyətini silkləyəcək güclü və dağıdıcı zərbələr seriasına start verib. Rusiayanın iri həcimli mülkü loqistika mərkəzlərinin məhv edilməsi yəqin ki, hələ başlanğıcdır.
Rusiyanın ən böyük elektron ticarət pratforması olan “Wildberries”in paylama mərkəzlərinə edlən dron hücumlarından sonra əhali ciddi təlaş keçirir.Ukrayna bu mərkəzlərdə ikili təyinatlı məhsullar satıldığını bildirir. Yəqin ki,müharibəyə görə,bu cür ikili təyinatlı malların satışını Rusiyanın istənilən şirkəti həyata keçirir. Diqqət çəkici məqam ondan ibarətdir ki, bir çox analitikin qənatincə, benzin böhranı ilə müqayisdə loqistik anbarlarda baş verən yanğınlar daha böyük ictimai təlaşa səbəb olub. Çünki əvvəla, Rusiyada “Wildberries” kimi bir neçə iri onlayın satış şəbəkəsi fəaliyyət göstərir. “Ozon”, “Yandex Market” və “Megamarket” şirkətlərinə məxsus şəbəkələrin də zərbəyə məruz qalacağı gözlənilir.
Rusiya son illərdə çoxsaylı iri avtomatlaşdırılmış anbarların və çeşidləmə sistemlərinin fəaliyyəti üçün logistika mərkəzlərinin tikintisinə böyük sərmayələr yatırıb. Belə mərkəzlər "markeplace" sistemi vasitəsilə məişət texnikasından tutumuş, kosmetikaya qədər müxtəlif çeşidili məhsulların satışını həya keçirir. Rusiyadakı orta və kiçik sahibkarlığın inkişafında bu sistemin rolu böyükdür və geniş əhali kütləsini əhahə edir. Ona görə də bu cür zərbələr banklardan kredit götürüb özlərinə biznes qurmuş fərdlərin pul kisəsinə benzin qıtlığındakı kimi dolayı yolla yox, birbaşa zərbə vurur, onları müflisləşdirir. Ekspertlərin hesablamalarına görə, baş vermiş hücumlar nəticəsində yananan "Wildberries" platformalarında ümumi ziyan təxminən 2 milyard dollardır. Buraya məhv olmuş məhsullarla yanaşı, biznes fəaliyyəti ilə bağlı meydana gəlmiş dolayı zərərlər də aiddir.
Bunlar hələ böyük istehlak sisteminin yalnız bir hissəsidir. Rusiyada marketplacerlə yanaşı, "Magnit Logistics", "CDEK","Lenta Logistics", "Detskiy Mir Logistiks" kimi şirkətlərinin iri anabar mərkəzləri dronlar üçün asan hədəfə çevrilə bilərlər.
Baş verən son hadisələrdən sonra meydana gəlmiş ictimai təşvişə baxmayaraq, Ukraynanın dron hücumlarının Rusiya cəmiyyətində Kreml rəhbərinə qarşı dərin və kütləvi nifrət yaratdığını söyləmək çətindir. Rusiyalıların əksəriyyəti ölkədəki benzin qıtlığının, loqistik mərkəzlərin vurulmasının, əsgər ölümlərinin, Krımın bolkadaya alınmasının, inflyasiyanın yüksəlməsinin səbəblərini heç də birbaşa Vladimir Putinin başlatdığı müharibəylə bağlamırlar. Rusiya əhalisi psixoloji cəhətdən elə hala salınıb ki,onların qavrayış aparatı deyəsən atrofiyaya uğrayıb və bu təlaş heç də rasional düşüncənin yox,instinktiv qorxunun refleksiv təzahürüdür. Sözsüz ki, Rusiyanın hər yerində müharibənin gətirdiyi fəsadlar eyni səviyyədə hiss olunmur. Sosial psixologiyaya görə,insan uzun müddət davam edən təhlükəli həyat şəraitinə uyğunlaşmağa başlayır və hətta, bunu yeni normal reallıq kimi qəbul edir. Düzdür, Ukaryananın dron hücumları Rusiya iqtisadiyyatını sarsıdır,lakin bu zərbələr hələ ki, sosial həyatı iflic edəcək böyük miqyaslı dağıntılar yaratmayıb. Əgər zərbələrin intensivliyi artarsa və iqtisadiyyata dəyən ziyanlar birbaşa əmək bazarını və həyatı vacib strukurların fəaliyyətini iflic edərsə,onda elita daxilində çaxnaşma yaşana bilər.Rusiyada fundamental dəyişiklər həmişə hakim zümrə tərəfindən həyata keçirilib.1917-ci ildəki fevral inqilabını elita həyata keçirməsəydi, oktyabrda bolşeviklər hakimiyyəti götürə bilməyəckdilər.
Beləliklə,Ukrayna ordusu qış aylarında Rusiyanın iri şəhərlərindəki mərkəzi istilik stansiyalarını sıradan çıxarmağa başlasa,onda həm geniş əhali kütləsi, həm də yuxarı zümrə müharibənin onların evlərinə girdiyini tam əyani hiss edəcəklər. Bu fəsadlar kütləvi və geniş xarakter alarsa, onda Rusiya hakim elitası irəlidə vəziyyətin daha da pisləşəcəyini anlayacaq. Uzun illər ərzində Rusiya siyasi sistem elə qurulub ki, Kreml rəhbəri üçün əsas təhlükə küçə yürüşləri yox, məhz hakim elitanın ona qarşı yönələn etirazı ola bilər.
AzPolitika.info

Şərhlər