"Böyük Britaniya və ABŞ Ukrayna vasitəsilə Rusiyaya qarşı mübarizə aparır. Onlar xüsusilə Ukrayna üçün yeni, ölümcül, yüksək texnologiyalı raket əleyhinə sistemlər istehsal edəcəklər".

"AzPolitika" xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov TASS-a verdiyi müsahibədə deyib. Lavrov xüsusi qeyd edib ki, "bütün "sivil dünya" Rusiyaya qarşı çıxıb".

O hesab edir ki, Avropa xaricdə "anti-Rusiya cəmiyyətlərini dəstəkləyir və Rusiyada iğtişaş yaratmaq istəyir: 

"Vəziyyət ciddidir. Prezident bunu gizlətmir. Bütün özünü “sivil dünya” adlandıranlar bizə qarşı çıxıb".

Rusiya XİN başçısı rusiyalıları “həqiqətləri bilmək üçün” mərkəzi televiziya kanallarına baxmağa çağırıb.

“AzPolitika.info”