Menu

10 İLDİR AVTOMOBİLSİZ GƏZƏN İCRA BAŞÇISI VƏ... - Lüks maşınlar, bahalı geyimlər... + VİDEO/FOTO

05.08.2026, 23:10
10 İLDİR AVTOMOBİLSİZ GƏZƏN İCRA BAŞÇISI VƏ... - Lüks maşınlar, bahalı geyimlər... + VİDEO/FOTO

“Sözsüz ki, birinci növbədə vətəndaşın məmnunluğu təmin olunmalıdır”.

"AzPolitika" xəbər verir ki, bu sözləri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu günlərdə yerli mediaya verdiyi açıqlamada bildirib.

O bildirib ki, qapısı hər bir vətəndaşın üzünə açıqdır: “Burada vətəndaşın icra hakimiyyətinə gəlməsinə ehtiyac yoxdur. Mən hər zaman vətəndaşların arasındayam. Ümumiyyətlə, 10 ilə yaxındır ki, avtomobildən istifadə etmirəm. Məqsəd odur ki, vətəndaş icra başçısına rahat yaxınlaşsın, öz sözünü desin, problemlərini çatdırsın”.

Maraqlıdır ki, son illərdə müxtəlif media orqanlarında R. Babaşov və onun ailə üzvləri barəsində yayılan məlumatlar təvazökarlıqdan tamamilə uzaq olub. Belə ki, R. Babaşovla bağlı yerli mediada bahalı avtomobilləri və yüksək qiymətli şəxsi əşyaları ilə bağlı çoxsaylı məlumatlar dərc olunub.


Məsələn, vaxtilə yayılan görüntülərdə R. Babaşovun öz adına qeydiyyatda olan, 99-FF-099 dövlət qeydiyyat nişanlı və təxminən 250 min manat dəyərində olduğu bildirilən "Range Rover" markalı avtomobildən istifadə etdiyi, yəqin ki, heç kimə sirr deyil.

Bununla yanaşı, müxtəlif media orqanlarında R. Babaşovun oğlu Elşən Babaşovun da təxminən 275 min ABŞ dolları (təxminən 450 min manat) dəyərində olduğu bildirilən "Mercedes-Benz G 63 AMG" markalı avtomobildən istifadə etdiyi barədə xəbərlər dərc edilib. İddialara görə, sözügedən avtomobil də onun adına rəsmiləşdirilib.

Mediada Rəcəb Babaşovun geyindiyi bahalı brend məhsulları ilə bağlı da araşdırmalar yayımlanıb. Məsələn, ötən illərdə icra başçısının sərhəd kəndlərinə səfəri zamanı geyindiyi "Ermenegildo Zegna" markalı dublyonkanın satış qiyməti 1 010 ABŞ dolları, endirimli qiyməti isə 506 ABŞ dolları təşkil edib. Elə həmin görüşdə onun ayaqqabısının "Loro Piana" brendinə məxsus olduğu və qiymətinin təxminən 1 350 ABŞ dolları olduğu iddia edilirdi.

Eyni zamanda, R. Babaşovun müxtəlif tədbirlərdə "Bvlgari" markalı bahalı saat taxdığı, bir müddət əvvəl isə təxminən 8 500 manat (5 000 ABŞ dolları) dəyərində olduğu bildirilən "Vertu" mobil telefonundan istifadə etməsi ilə bağlı xəbərlər də gündəmə gəlib.

E. Bəyməmmədli

"AzPolitika.info"



Şərhlər

Xudayar Bahadırlı 2026-08-14 19:35:06

Ölkəmizdə tarixən böyük-kiçik davranışlarına, etik münasibətlərə, xüsusilə daha uzaq və tanımadıqları qonaqlara dərin hörmətlə ehtiram göstərilib! Son yarlm əsrdə xüsusilə qonaq kimi qəbul ediləcəklərin şən atmacalı ifadələri qısa müddətdə göstərişsiz tərif və təsadüfi məmnunluğa qısqanc-inamsız *vedrə tutmaları* ilə də əvəzlənir. Nə qədər aşkarlıq olsa da, yüksəliş və daha səmərəli fəaliyyətə də üst hakimiyyətin xüsusilə hesabi-iqtisadi də deyil, sanki mahiyyəti qərardad olur?

ƏNHU-dan Adminə 2026-08-08 02:38:10

Mən heç vaxt başlığa baxıb şərh yazmıram. Bu yazını da diqqətlə və sona qədər oxuyandan sonra şərh yazmışam. Və öz fkrimdə də qalıram. Sizinlə o vaxt razılaşmaq olardı ki, sözügedən şəxs haqqında çəkilmiş reklam xaraktrli o bədnam videonu tərəfinizdən də yayımlamasaydınız. Biz indi hansına inanaq? Məqalədə yazılanlara, yoxsa videoda göstərilənlərə?

Eli 2026-08-07 15:39:42

Mence artuq Azerbaycanı Sinqapur dövleti idareetme sistemine keçirmek zamanı çatıb belke de yubanmışıq.Ancaq bu sisteme keçmek üçün başqa planet ve ya ölkelerdem kadrkar devet edilmelidir ki belke korrupsiyanın kölü kesile.

sadiq 2026-08-07 11:41:15

buna deyərlər utanmasan oynamağa nə var ki

ƏNHU 2026-08-07 00:29:57

Hörmətli Azpolitika, bu adamı təmizə çıxarmaq üçün hardan əmr almısınız? Nüfuzunu qoruyan qəzet iki dünya bir olsa bun getməz. Heç deyilənlər həqiqəti əks etdirmiş olsa belə. Yəni kiminsə ələ keçirdiyi mövqe sizin şərəfinizdən üstündür?
Admin: Yazını axıra qı=ədər oxuyun. Başlığa baxıb şərh yazmayın

Eli 2026-08-06 05:12:42

Bu heriflere ele gelir ki milleti barmaqlarına dolayıblar.

Eli 2026-08-06 00:16:26

Danışır da özü üçün qoy danışsın.Bir az semimi oksa yaxşı olar.Vergi sisteminden birba iş a Şcra başçusı getmek ele de asan mesele olmamalıdır.

sadiq 2026-08-05 10:47:57

bu receb babaşov yalan danışır. hara getsə maşın ilə gedir. polis maşınının müşaiyyəti ilə.
elə bil kraldır. qazaxı çapıb talayıb. o zonanın kartof kralı kimi də tanınır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol