Menu

Bakıda zəncirvari qəza: Beş maşın toqquşdu - VİDEO

06.08.2026, 13:19
Bakıda zəncirvari qəza: Beş maşın toqquşdu - VİDEO

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" oxu.az-istinadla xəbər verir ki, hadisə bu gün Bakının Böyükşor qəsəbəsi ərazisindəki Böyükşor-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes-Benz S-Klass" avtomobili arxadan "Mercedes-Benz E-Klass" maşınına çırpılıb. Zərbənin təsirindən öndəki avtomobil "Audi"yə, o da "Seres Aito"ya, Çin avtomobili isə "Toyota Prius"a dəyib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil. Görüntülərdən aydın olur ki, avtomobillərə ciddi ziyan dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol