Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında Rusiya-Ukrayna müharibəsi müzakirə olunub və bildirilib ki, Qara dəniz ilə Xəzər dənizi münaqişə zonasına çevrilməli deyil.
"Report" xəbər verir ki, iclasda həmçinin PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla, terror təşkilatlarından qaynaqlanan təhdidlərə qarşı ölkə daxilində və xaricində həyata keçirilən tədbirlər, həmçinin son beynəlxalq hadisələr barədə Şura üzvlərinə məlumat təqdim edilib.
MTŞ 15 iyul çevriliş cəhdinin 10-cu ildönümü ilə əlaqədar FETÖ ilə mübarizədə mövcud vəziyyəti də qiymətləndirib. Qeyd olunub ki, təşkilatın tamamilə zərərsizləşdirilməsi məqsədilə tədbirlər davam etdiriləcək.
İran və ABŞ arasında yenidən yaranan qarşıdurmanın region ölkələri və qlobal ticarət marşrutları üçün yaratdığı risklərə diqqət çəkilib. Bütün tərəflər güc tətbiqindən çəkinməyə və davamlı sülhün təmin olunması üçün danışıqlara qayıtmağa çağırılıb.
Qəzza ilə bağlı isə bildirilib ki, əldə olunan müəyyən irəliləyişlərə baxmayaraq, atəşkəsin pozulması, Fələstin ərazilərində məskunlaşma fəaliyyətlərinin artması və müqəddəs məkanlara qarşı təxribatların fonunda beynəlxalq ictimaiyyət İsrailə qarşı daha qətiyyətli mövqe nümayiş etdirməlidir.
MGK Bildirisi: “Terörsüz Türkiye ve Terörsüz Bölge hedeflerine ulaşma yolunda kaydedilen ilerlemeler ele alınmış; ülkemizin ve bölgemizin güvenlik, istikrar ve refahının teminat altına alınması istikametinde tarihî bir merhaleyi teşkil eden çalışmaların müteakip aşamalarına pic.twitter.com/rgzfnK6Add
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) August 6, 2026

Şərhlər