Ukrayna PUA-ları Yekaterinburqa hücum edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada məlumat və görüntülər yayımlanıb.

Bu dəfə də hədəflərdən biri “Wildberries” anbarı olub. Yerli kanallar anbarın üzərində qara tüstü buludu müşahidə edildiyini xəbər verir.

Şirkət məlumatı təsdiqləyib və Yekaterinburqun Çkalovsk rayonundakı “Wildberries” anbarında yanğın baş verdiyini bildirib.

"Obyekt təxliyə edilib. Cari çatdırılmalar müvəqqəti olaraq məhdudlaşdırılıb və digər yerlərə yönləndirilib", - “Wildberries”-in mətbuat xidməti bildirib.

Qeyd edək ki, bu bölgə Ukraynadan 2000 kilometr məsafədə yerləşir.

“AzPolitika.info”