ABŞ-nin keçmiş prezidenti Co Baydenin səhhəti kəskin pisləşib. Bir ildən çoxdur ki, ağır xəstəliklə mübarizə aparan 83 yaşlı siyasətçinin müalicəsi müsbət nəticə vermir.
"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə eks-prezidentin oğlu Hanter Bayden açıqlama verib.
Hanter Bayden atasının bədənində xərçəng hüceyrələrinin metastaz verdiyini və yayıldığını bildirib. O, müalicə prosesinin son dərəcə ağır keçdiyini vurğulayıb: “Atamın xəstəliyi çox ağrılı və yıpradıcı bir mərhələyə çatıb. Lakin o, çox dözümlü insandır və yaşadığı şiddətli ağrıları ətrafındakılarla paylaşmamağa çalışır”.
Qeyd edək ki, 83 yaşlı Co Bayden 2025-ci ilin may ayında Ağ Evdən ayrıldıqdan dörd aydan da az müddət sonra aqressiv formalı prostat xərçənginə tutulduğunu və xəstəliyin sümüklərə keçdiyini açıqlamışdı.
Hanter Bayden, həmçinin atasının noyabr ayında keçiriləcək aralıq seçkilərindən sonra “Mənə söz ver, Amerika” (Promise Me, Dad) adlı xatirə kitabının nəşr olunacağını da diqqətə çatdırıb.
"AzPolitika.info"

Şərhlər