Rusiyanın Uzaq Şərqindəki Komsomolsk Neft Emalı Zavodunda qəfildən yanğın başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə yerli Telegram kanallarında görüntülər yayımlanıb.
İlkin məlumata görə, zavoda hər hansı bir hava hücumu qeydə alınmayıb. Yanğının dəqiq səbəbi hələlik məlum deyil. Bu arada, Rusiya təbliğatı yanğının artıq lokallaşdırıldığını iddia edib.
Komsomolsk Neft Emalı Zavodu ildə təxminən 8 milyon ton neft emal etmək gücünə malikdir. O, benzin, dizel yanacağı və digər neft məhsulları istehsal edir. Zavod Uzaq Şərqin əsas yanacaq təchizatçısı hesab olunur. Bu neft emalı zavodu Ukraynadan 6500 kilometr məsafədə yerləşir. Əgər yanğına səbəb Ukraynanın hava hücumu olubsa, bu, müharibənin gedişində bir ilk olacaq. Çünki rəsmən bu məsafəyə uça bilən PUA Ukraynada yoxdur.
“AzPolitika.info”

Şərhlər