Menu

Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi

11.08.2026, 13:49
Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi

Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın.

"AzPolitika" xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov özünün Feysbuk səhifəsində yazıb.

“Birinin oğlu Moskva ali məktəbinə daxil olub. Ora çatarkən hava limanında telefonunu yoxlayıblar və Çeçenistan rəhbəri Ramzan Kadırova dair lağlağı şəkil tapıblar.

Uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak üçün kontrakt imzalamağa məcbur edirlər”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol